×
A
A
A
Sazlamalar

YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Turqut Zeynalovun ailəsinə baş çəkiblər

Bərdə, 29 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının kollektivi şəhid Zeynalov Turqut Fikrət oğlunun ailəsinə baş çəkib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya görüş zamanı Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, komandanlığı, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyulduğunu, 2020-ci ilin ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdüyünü bildirib. Qeyd edib ki, Turqut kimi igid oğullarımızın sayəsində düşmən ordusu darmadağın olundu. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz və xalqımız unutmur. Turqutun Vətən sevgisi və şanlı döyüş yolu bütün nəsillərə örnəkdir.
Fəqət Şadlinskaya şəhidin atasına və anasına belə oğul böyütdükləri üçün təşəkkür edib, Turqut kimi Vətən oğulları ilə qürur duyduqlarını bildirib.
Turqutun valideynləri onun hərbidəki xidmətlərindən və döyüş yolundan danışıblar. Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Turqut Zeynalov 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Regionlar 2022-09-29 18:11:00