×
A
A
A
Sazlamalar

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Sumqayıtda sakinləri qəbul edib

Bakı, 28 sentyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev sentyabrın 28-də Sumqayıt şəhərində sakinləri qəbul edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub. A.Əliyev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Sosial 2022-09-28 18:56:00