Qəbələnin qəsəbə və kəndlərində daxili yollara asfalt döşənir
Qəbələ, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun yaşayış məntəqələrində həyata keçirilən abadlıq işləri çərçivəsində qəsəbə və kənddaxili yolların asfaltlaşdırılması işləri davam etdirilir. Rayonun Vəndam bələdiyyəsi tərəfindən qəsəbə daxilində 1 kilometr uzunluğunda küçəyə yeni asfalt örtüyü çəkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Qəbələ şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində şəhərdaxili küçələrin asfaltlaşdırılması işləri də davam etdirilir. Hazırda Qəbələ bələdiyyəsi tərəfindən Həsən Əliyev küçəsinə asfalt örtüyü çəkilir.
Hacıqabulda avtomobil iki əmioğlunu vurub, biri ölüb
MDU-da beynəlxalq elmi konfransın onlayn bölmə iclasları keçirilib
Naxçıvanda yeni təyin olunan nazir müavini kollektivə təqdim olunub