×
A
A
A
Sazlamalar

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları şəhid Seymur Həsənlinin ailəsini ziyarət ediblər

Yevlax, 27 sentyabr, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları 27 Sentyabr - Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Seymur Həsənlinin ailəsini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşları şəhidin ailə üzvləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıblar. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub.
Qeyd edək ki, Seymur Həsənli Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Regionlar 2022-09-27 21:45:00