×
A
A
A
Sazlamalar

Energetika naziri Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin iclasında iştirak edəcək

Bakı, 27 sentyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə təşkilat çərçivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.
İclasda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Energetika 2022-09-27 18:54:00