×
A
A
A
Sazlamalar

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi daima uca tutulur

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində 27 Sentyabr-Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət Mərkəzinin əməkdaşları çıxışlarında Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərin xatirəsinin daim uca tutulduğunu qeyd ediblər.

 

Mədəniyyət 2022-09-27 18:09:00