×
A
A
A
Sazlamalar

Türkiyədə 5 bal gücündə zəlzələ olub VİDEO

İstanbul, 27 sentyabr, AZƏRTAC

Türkiyənin Ardahan vilayətində 5 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) bildirilib.
Məlumata əsasən, yeraltı təkanların episentri Ardahanın Göle rayonudur. Yerli vaxtla 17:08-də baş verən zəlzələnin ocağı yerin 7 kilometr dərinliyindədir.
Yeraltı təkanların yarada biləcəyi fəsadlarla bağlı açıqlama verilməyib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-09-27 18:48:00

Video