×
A
A
A
Sazlamalar

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur

Ağstafa, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Ağstafada da Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa rayon ictimaiyyətinin nümayəndələri şəhidlərimizin ailə üzvləri ilə birlikdə ölkəmizin azadlığı və suverenliyi uğrunda şücaət göstərmiş mərd Vətən oğullarının məzarlarının ziyarət ediblər. Şəhidlərimizin məzarlarına gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Hər bir azərbaycanlının ən böyük qürur mənbəyi olan şəhidlərin qəlblərdə əbədi yaşayacağı vurğulanıb, ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından bəhs olunub.
Həmçinin sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alan zaman yaralanan beş nəfər hərbi qulluqçumuzun da ailələri ziyarət edilib.

Regionlar 2022-09-27 12:29:00