×
A
A
A
Sazlamalar

Fərid Şəfiyev: Azərbaycan indi yeni paradiqma üzərində çalışır

Bakı, 27 sentyabr, AZƏRTAC

Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Azərbaycan indi yeni paradiqma üzərində çalışır. Qarşıda bir sıra problemlər meydana çıxır, amma biz bu problemlərin öhdəsindən gələcəyik. Azərbaycanın mövqeyi bəllidir.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev sentyabrın 27-də Anım Günü ilə bağlı keçirilən tədbirdə jurnalistlərə müsahibəsində deyib.
BMTM-nin sədri bildirib: “Təəssüf ki, Ermənistan öz çirkin məqsədlərindən əl çəkmir. Son günlər sərhəddə törədilən təxribatlar da bunu sübut edir.
Müdafiə sistemimizi daha çox gücləndirməli və hər cür təzyiqlərə hazır olmalıyıq”.

Siyasət 2022-09-27 12:21:00