×
A
A
A
Sazlamalar

Kəlbəcər rayonunun Şaplar kəndi

Bakı, 27 sentyabr, AZƏRTAC

Kəlbəcər rayonunun Şaplar kəndi dağətəyi ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
Şaplar kəndinin ərazisində bir sıra tarixi abidələr, o cümlədən iki məbəd var. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Şaplar kəndinin görüntülərini təqdim edir.

 

Regionlar 2022-09-27 10:00:00