×
A
A
A
Sazlamalar

Anım Günü ilə əlaqədar tədbir keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakı Gənclər Mərkəzində Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə rəsm sərgisinə baxış keçiriblər.
Sonra torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edənlər şəhidlik zirvəsinə ucalmaları, şəhid adının müqəddəsliyi, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.
Daha sonra Bakı Gənclər Mərkəzinin və Türk Sənət Akademiyasının birgə təşkilatçılığı ilə gənclərin təqdimatında “Xeyir xəbər” tamaşası nümayiş olunub.
Tədbirdə dövlət və qeyri dövlət qurumlarının nümayəndələri, şəhid ailə üzvləri, qazilər və gənclər iştirak ediblər.

Sosial 2022-09-26 17:05:00