×
A
A
A
Sazlamalar

“YAŞAT” Fondu bu il də ilk dəfə tələbə adını qazanan şəxslərə 2 min manat pul mükafatı təqdim edib

 

Bakı, 26 sentyabr, AZƏRTAC

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov 2022-2023-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid övladları ilə görüşüb, yeni tədris ilində onlara uğurlar diləyib. Fond tərəfindən onlara birdəfəlik pul mükafatı – 2 min manat təqdim edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ilk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular təqaüdlə bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Sosial 2022-09-26 15:00:00