×
A
A
A
Sazlamalar

Rusiyada məktəbdə atışma nəticəsində 10 nəfər həlak olub

Moskva, 26 sentyabr, AZƏRTAC

Rusiyanın Udmurtiya Respublikasının İjevsk şəhərində məktəbdə baş verən atışma nəticəsində ölənlər var.
AZƏRTAC xəbər verir ki, şəhərin 88 saylı məktəbində naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində 10 nəfər, o cümlədən məktəbin mühafizəçisi və 5 şagird həlak olub. Hadisə nəticəsində yaralananlar da var.
Atəş açan şəxs barədə hələlik məlumat yoxdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva 

 

Dünya 2022-09-26 12:36:00