×
A
A
A
Sazlamalar

Rusiyada məktəbdə atışma baş verib

Moskva, 26 sentyabr, AZƏRTAC

Rusiyanın İjevsk şəhərində məktəbdə atışma olub.
AZƏRTAC xəbər verir ki, şəhərin 88 saylı məktəbində naməlum şəxs odlu silahdan atəş açıb. İlkin məlumata görə, nəticədə 5 nəfər, o cümlədən məktəbin mühafizəçisi və 4 şagird yaralanıb.
Atəş açan şəxsin saxlanılması barədə hələlik məlumat yoxdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva 

Dünya 2022-09-26 11:52:00