×
A
A
A
Sazlamalar

İranın Yunanıstandakı səfirliyinə hücum olub

Afina, 25 sentyabr, AZƏRTAC
Naməlum şəxslər Yunanıstanın paytaxtı Afinada İran səfirliyinə hücum ediblər.
AZƏRTAC Yunanıstanın “Ekathimerini” qəzetinə istinadla bildirir ki, Yunanıstan polisinin məlumatına görə, motosiklet sürən iki naməlum şəxs səfirliyin binası istiqamətinə “Molotov kokteyli” atıb. Binaya ciddi ziyan dəyməyib.

 
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2022-09-25 20:00:00