×
A
A
A
Sazlamalar

Misirdə yol qəzasında bir ailədən 6 nəfər həlak olub

Qahirə, 25 sentyabr, AZƏRTAC

Misirdə Qahirə-Assuit magistral yolunda baş vermiş ağır yol qəzasında ikisi uşaq olmaqla, bir ailədən 6 nəfər həlak olub.
AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, 12 nəfərin də yaralandığı qəza iki mikroavtobusun toqquşması nəticəsində baş verib. Yaralılar Əl-Minya Universitetinin xəstəxanasına çatdırılıb.
Misir prokurorluğu qəza ilə bağlı təhqiqat aparır. Hadisənin nəqliyyat vasitələrinin sürət həddini aşması nəticəsində baş verdiyi bildirilir.

 
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2022-09-25 17:47:00