×
A
A
A
Sazlamalar

Türkiyədə altı nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Ankara, 25 sentyabr, AZƏRTAC
Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, qəza Kayseri-Malatya şosesinin Muratlı məhəlləsi ərazisindən keçən hissəsində baş verib. Minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində altı nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. TIR sürücüsünün həbs olunduğu bildirilir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-09-25 13:16:00

Video