Cəbrayıl rayonunun Süleymanlı kəndi
Bakı, 25 sentyabr, AZƏRTAC
Cəbrayıl rayonunun Süleymanlı kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
Süleymanlı kəndində XIX əsrə aid məscid olub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə dağıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 9-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Süleymanlı kəndinin görüntülərini təqdim edir.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib