×
A
A
A
Sazlamalar

Nazir: Qloballaşan dünyada heç bir ölkə ada deyil və biz buna uyğun hərəkət edirik

Bakı, 25 sentyabr, AZƏRTAC

Biz inanırıq ki, qloballaşan dünyada heç bir ölkə ada deyil və biz buna uyğun hərəkət edirik.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı söyləyib.
Nazir bildirib ki, ərazilərini uzunmüddətli işğaldan azad edən Azərbaycan onların mümkün olan ən yüksək standartlara uyğun olaraq tam şəkildə yenidən qurulması və inteqrasiyası istiqamətində əzmkarlıq nümayiş etdirir. Eyni zamanda, ölkəmiz istər qlobal enerji təhlükəsizliyinə töhfə vermək, COVID-19 pandemiyasına qarşı mübarizəyə kömək etmək, istərsə də davamlı inkişafın təşviqi və bütün müvafiq sahələrdə beynəlxalq birliyin məsul üzvü rolunu oynamağa davam edəcək.

Siyasət 2022-09-25 02:32:00