×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti Sakaryada bir sıra yeni təsisatların açılışını edib

Ankara, 24 sentyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada bir sıra yeni təsisatların açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Sakarya Demokratiya Meydanında ictimaiyyət qarşısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yaxın və uzaq hədəflərindən bəhs edib.
Sakarya Meydan Savaşının tarixindən danışan dövlət başçısı əminliklə bildirib ki, Cümhuriyyətin yüzüncü ildönümü münasibətilə daha böyük, strateji əhəmiyyətli təsisatlar istifadəyə veriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında 2023-cü ildə keçiriləcək seçkilərə də geniş yer ayırıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-09-24 21:23:00