Kürdəmirdə yol qəzası baş verib
Kürdəmir, 24 sentyabr, AZƏRTAC
Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində hərəkət edən iki eyni markalı “VAZ 2107” markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan 3 nəfər Çöhranlı kənd sakini - sürücü 1951-ci il təvəllüdlü Alim Ağaveyis oğlu Hacıyev, onun sərnişinləri 20 yaşlı Rəşidə Rayiq qızı Rəcəbova və 18 yaşlı Süleyman Ramiq oğlu Rəcəbov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib