İƏT Qlobal İslam Qaçqınlar Fondunun təsis edilməsini alqışlayıb
Qahirə, 24 sentyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və İslam İnkişaf Bankının (IdB) yoxsulluğun azaldılması üzrə tərəfdaşlığı çərçivəsində Qlobal İslam Qaçqınlar Fondunun (GIFR) təsis edilməsini alqışlayıb.
AZƏRTAC xəbər verir ki, İƏT Baş katibinin humanitar, sosial və mədəni məsələlər üzrə köməkçisi, səfir Tariq Əli Baxit Fondun təsis edilməsinə dair Nyu-Yorkda imzalanmış sənədin müharibə və silahlı münaqişələr nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşayan insanlara maddi dəstək vermək məqsədi daşıdığını bildirib. O əlavə edib ki, bu nəcib missiyanın yerinə yetirilməsində İslam İnkişaf Bankı ilə yanaşı, mərkəzi qərargahı Ər-Riyadda yerləşən Kral Salman Humanitar Yardım Mərkəzi də iştirak edəcək.
İƏT Baş katibinin köməkçisi vurğulayıb ki, onun təmsil etdiyi təşkilat yeni fondun fəaliyyətinə hər cür dəstək verməyə hazırdır.
İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib
Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib
Müqəddəs Taxt-Tacın kardinallarının sayı artırılıb
Kiçik Kennedi müstəqil namizəd kimi 2024-cü il seçkilərində iştirak etmək niyyətindədir
ABŞ-ın federal agentlikləri bazar günündən etibarən qismən bağlana bilər