×
A
A
A
Sazlamalar

Malayziya Ukraynadan buğdanın çıxarılması üçün yaradılan dəniz dəhlizini alqışlayıb

Tokio, 24 sentyabr, AZƏRTAC

Malayziya Ukraynadan buğdanın çıxarılması üçün yaradılan dəniz dəhlizini alqışlayır və bunu ərzaq təhlükəsizliyi istiqamətində atılan addım kimi yüksək qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Malayziyanın Baş naziri İsmail Sabri Yakob BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.
“Malayziya Ukrayna buğdasının çıxarılması üçün yaradılan dəniz dəhlizini alqışlayır. Bu ərzaq təhlükəsizliyi sahəsində problemin həlli üçün müsbət addımdır”, - deyə Baş nazir bildirib.
Bununla əlaqədar İ.S.Yakob bütün ölkələri, xüsusən böyük dövlətləri dünyanı soyuq müharibəyə itələyəcək təcridedici bloklar yaratmaqdan çəkinməyə çağırıb. Baş nazir, həmçinin qeyd edib ki, Malayziya ölkələrin beynəlxalq təşkilatlar daxilində təcridi ilə də razı deyil, çünki bu, çoxtərəflilik prinsipinə ziddir.
“Sülhə yalnız danışıqlar və dialoq yolu ilə nail olmağın mümkünlüyünü dərk etmək lazımdır”, - deyə Baş nazir vurğulayıb.

 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-09-24 12:20:00