Gənclər arasında sağlam həyat tərzinə sahib olmağın zəruriliyi təşviq edilir
Qəbələ, 24 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi akademiyası” layihəsi çərçivəsində təlimlərin açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənclərin, müəllim və şagirdlərin, QHT nümayəndələrinin, ictimai fəalların iştirakı ilə keçirilən tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər sağlam həyat tərzinə sahib olmağın zəruriliyindən, zərərli vərdişlərə aludəçiliyin fəsadlarından, gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən danışıb, sağlamlığa daimi nəzarətin önəmi, peyvənd olunmağın vacibliyi, fiziki aktivliyin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.
İmişlidə sənədli teatr-verbatim janrında tamaşa nümayiş etdirilib
Şimal bölgəsindən olan 4673 şagird respublika fənn olimpiadalarında iştirak edəcək
Cəbrayılda minatəmizləyən texnikalar istehsal olunacaq - EKSKLÜZİV
Biləsuvarlı fermerlər çuğundur satışı üçün xarici bazara çıxış əldə etmək istəyirlər REPORTAJ VİDEO