×
A
A
A
Sazlamalar

Çoxfunksiyalı qeyri-adi mini ev VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

“Casa Ojala” adlanan unikal kiçik ev 27 kvadratmetr sahəyə və sadə struktura malik olmaqla beton təməl üzərində qurulub.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, ev üçün xüsusi hazırlanmış kompakt mebel, hamam otağına qədər istənilən ərazini açmağa imkan verən sürüşmə divarları - bütün bunlar xarici dünya ilə gözəl təmas yaradır.
Çoxfunksiyalı silindrik evin polad konstruksiyası ağacla örtülüb. Bundan başqa, mini ev mərkəzi kommunikasiyalardan uzaqda quraşdırılmasına imkan verən sistemlərlə təchiz olunub.
Belə mini mənzillər daimi yaşayışla yanaşı, qonaq evi, studiya və ya otel otağı kimi nəzərdə tutulub.

 

Dünya 2022-09-23 19:28:00

Video