×
A
A
A
Sazlamalar

İmişlidə “Açılmış düyün - Zəngəzur dəhlizi” adlı tədbir keçirilib

İmişli, 23 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “İrriqator” ərazi partiya təşkilatında “Açılmış düyün – Zəngəzur dəhlizi” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək, ölkəmizin uğurlu inkişafının Prezident İlham Əliyev tərəfindən əminliklə davam etdirildiyini bildirib. Qeyd edilib ki, Ermənistanla Azərbaycan arasında illərdir davam edən hərbi münaqişə Azərbaycanın tarixi Zəfəri ilə başa çatıb. Bu Zəfər Ermənistanın kapitulyasiya aktı imzalamasına səbəb olub. Kapitulyasiya aktının maddələrindən biri də tarixən bağlı bir düyünün açılması üçün atılan ən mühüm addım olan Zəngəzur dəhlizinin açılması məsələsidir.
Tədbirdə çıxış edən “İrriqator” ərazi partiya təşkilatının sədri Nizami Məmmədov qeyd edib ki, bu gün Zəngəzur dəhlizinin açılmasının çox böyük əhəmiyyəti var.
Digər çıxış edənlər Azərbaycanın uğurlu inkişafından danışıblar.

Regionlar 2022-09-23 17:04:00