Finlandiyaya keçmək istəyən rusların sayının artması sərhəddə uzun növbələrə səbəb olub
Bakı, 23 sentyabr, AZƏRTAC
Finlandiyanın Sərhəd Xidməti ölkəyə keçməyə çalışan rusların sayının artdığını və bu cür axını gözləmədiklərini bildirib.
AZƏRTAC Yle telekanalına istinadla xəbər verir ki, sentyabrın 23-nə keçən gecə Finlandiyaya 10,7 min Rusiya vətəndaşı daxil olub ki, bu da öncəki gündən 2 min nəfər çoxdur. Nəticədə sərhəddə uzun növbələr yaranıb.
Avropanın Hibrid təhdidlərlə mübarizə mərkəzinin eksperti Hanna Smit isə Rusiya vətəndaşları üçün viza prosesinin çətinləşməsi və bahalaşması səbəbindən güclü axının gözlənilmədiyini deyib. Hazırda Finlandiyaya yalnız şengen vizası olan ruslar daxil ola bilir.
Qeyd edək ki, Avropa Komissiyasının Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılması barədə qərarı sentyabrın 12-də qüvvəyə minib.
Sentyabrın 21-də Nyu-Yorkda keçirilən mətbuat konfransında çıxış edən Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkəsinin RF vətəndaşları üçün tranzit ölkə olmaq istəmədiyini deyib. O, həmçinin bildirib ki, yaxın vaxtlarda rusların Finlandiyaya girişini tənzimləmək üçün tədbirlər hazırlanacaq.
Çinin “Şencou-15” missiyasının kosmonavtları altı aydan sonra Yerə qayıdıblar
Somalidə bazaya hücum nəticəsində 50-dən çox əsgər ölüb
OPEC+ ölkələrinin nazirləri Vyanada görüşəcəklər
Üç ölkə KXDR-in raket fəaliyyətinə dair məlumat mübadiləsi sistemi yaradır