×
A
A
A
Sazlamalar

Müsabiqə iştirakçıları Oğuzun təbiət gözəlliklərini öz rəsm əsərlərində əks etdiriblər

Oğuz, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında “Vətənimin hər qarışı gözəldir” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Oğuz şəhər 1 və 3 saylı tam orta məktəblərin şagirdləri, rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəsm dərnəyinin üzvləri iştirak ediblər.
Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərgi-müsabiqənin keçirilməsində məqsəd gənc, həvəskar rəssamların diqqətini Azərbaycanın dilbər guşələrindən olan Oğuzun təbiət gözəlliklərinə yönəltmək, uşaq və yeniyetmələrdə Vətən torpağına sevgi hisləri aşılamaqdır.
Müsabiqə iştirakçılarının təbiət qoynunda çəkdikləri rəsm əsərləri muzeyin əməkdaşları tərəfindən qiymətləndirilib və qaliblər mükafatlandırılıblar.

Regionlar 2022-09-23 11:16:00