İspaniya hökuməti varlılara müvəqqəti vergi tətbiq etməyi planlaşdırır
Bakı, 22 sentyabr, AZƏRTAC
İspaniya hökuməti gələn ildən varlı şəxslərə müvəqqəti vergi tətbiq etmək niyyətindədir.
AZƏRTAC EFE informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İspaniyanın maliyyə naziri Mariya Xesus Montero bildirib. Onun sözlərinə görə, hökumət hazırda həmin vergi ilə bağlı iş aparır. Nazir yeni vergi ilə bağlı təfərrüatları açıqlamayaraq deyib ki, texniki mütəxəssislərə onun üzərində işləməyə imkan yaratmaq lazımdır.
Maliyyə naziri qeyd edib ki, növbəti iki il ərzində əhalinin həssas qruplarını dəstəkləmək vacibdir. Həmçinin Ukrayna ətrafında vəziyyətin necə inkişaf edəcəyi də nəzərə alınacaq.
Gəlirin, yaxud sərvətin həddinə gəlincə, Montero bildirib ki, yeni vergi milyonçulara hədəflənəcək. Bu isə o deməkdir ki, yenilik ölkə əhalisinin təxminən bir faizinə təsir göstərəcək.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır