×
A
A
A
Sazlamalar

Hindistanda terror fəaliyyətinə görə yüzdən çox şəxs həbs edilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Hindistanın Milli İstintaq Agentliyi və ölkənin hüquq-mühafizə orqanları 11 ştatda reydlər keçirib və nəticədə Hindistan Xalq Cəbhəsi ekstremist təşkilatının yüzdən çox üzvü həbs edilib.
AZƏRTAC India Today telekanalına istinadla xəbər verir ki, ekstremist təşkilatın sıralarında terror fəaliyyəti ilə bağlı məlumatlara cavab olaraq ölkənin müxtəlif bölgələrində, əsasən də Hindistanın cənubunda reydlər keçirilib.
Hindistanın Milli İstintaq Agentliyindən bunun ölkə tarixində indiyə qədər aparılan ən böyük tədqiqat olduğu bildirilib. Həbslər Dehli paytaxt dairəsində, Andhra-Pradeş, Assam, Karnataka, Kerala, Madhya-Pradeş, Maharaştra, Racasthan, Tamilnad, Uttar-Pradeş ştatlarında və Puduçerri ərazisində həyata keçirilib. Reydlər nəticəsində ümumilikdə 106 nəfər nəzarət altına alınıb.

 

 

Dünya 2022-09-22 13:21:00