×
A
A
A
Sazlamalar

Yaponiya Ukraynaya qarşı nüvə silahından istifadə edilməsi ehtimalından narahatdır

Tokio, 22 sentyabr, AZƏRTAC

Yaponiya hökuməti Ukraynaya qarşı nüvə silahından istifadə edilməsi ehtimalından çox narahatdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno sentyabrın 22-də Tokioda keçirilən mətbuat konfransında deyib.
“Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edərək bildirib ki, Rusiya öz ərazisinin bütövlüyünü və əhalisini qorumaq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə hazırdır. Bununla əlaqədar biz Ukraynaya qarşı nüvə silahının tətbiq ediləcəyindən çox narahatıq. Yaponiya nüvə silahından zərər çəkmiş yeganə ölkə olaraq, Rusiya tərəfindən bu növ silahlarla təhdidi və onlardan istifadəni qəbuledilməz hesab edir”, - deyə baş katib bildirib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-09-22 10:46:00