×
A
A
A
Sazlamalar

Böyük Britaniyada dəmir yolu işçiləri oktyabrda yenidən tətillərə başlayacaqlar

London, 21 sentyabr, AZƏRTAC

Böyük Britaniyada dəmir yolu işçiləri oktyabrda yenidən tətillərə başlayacaqlar.
AZƏRTAC xəbər verir ki, 12 şirkətin maşinistləri əməkhaqqı ilə bağlı uzun müddətdir davam edən mübahisələr fonunda oktyabrın 1 və 5-də tətillərini davam etdirməyə hazırlaşırlar.
Sentyabr ayına planlaşdırılan tətillər kraliçanın ölümündən sonra təxirə salınmışdı.
Qeyd edək ki, iyun ayında Böyük Britaniyanın dəmir yolu işçiləri son 30 ilin ən böyük tətilini keçirmişdilər. Tətildə 50 mindən çox insan iştirak etmişdi.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2022-09-21 18:29:00