Fransa qarşıdan gələn qışa yaxşı hazırlaşıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Fransa qaz anbarlarını 95 faizdən çox doldurub və qışa üç-dörd ay əvvəl güman edildiyindən daha yaxşı hazırlaşıb.
AZƏRTAC Fransa mediasına istinadla xəbər verir ki, bu barədə “Engie” enerji konserninin rəhbəri Jan-Pyer Klamadye bildirib. Onun sözlərinə görə, fransızlar yenə də hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməli və yaşayış yerlərində temperaturu 19 dərəcəyə endirməlidir. Jan-Pyer Klamadyenin fikrincə, bu yolla ölkədə ümumi qaz istehlakının 7 faizinə qənaət etmək mümkündür.
Qaz İnfrastrukturu Operatorları Assosiasiyasının məlumatları da anbarların yaxşı doldurulması ilə bağlı rəqəmləri təsdiqləyir: ölkə 95,66 faiz səviyyəsinə çatıb.
Hazırda Avropanın qaz anbarları orta hesabla 86 faizdən çox doldurulub. Noyabrın 1–dək tələb olunan 80 faiz hədəfini artıq Avropa İttifaqının qaz anbarlarına malik 18 ölkəsindən 15-i keçib.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır