×
A
A
A
Sazlamalar

İraqın şimalında altı terrorçu zərərsizləşdirilib

Ankara, 21 sentyabr, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri dövlət sərhədi boyunca və ölkə daxilində terrorçuluğa qarşı fəaliyyəti davam etdirir. Ardıcıl antiterror əməliyyatları, təbliğat yolu ilə təslim olmaq, terror təşkilatlarının maliyyət kanallarının kəsilməsi kimi üsullar nəticəsində böyük uğurlar qazanılıb.
AZƏRTAC xəbər verir ki, Milli Təhlükəsizlik Təşkilatı (MİT) İraqın şimalında yerləşən terrorçulara qarşı daha bir dəqiq zərbə əməliyyatı keçirib. Bildirilir ki, həssas atəşlərlə Gara bölgəsində 4, Metinada 2 PKK/KCK terrorçusu məhv edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

 

Dünya 2022-09-21 13:29:00