×
A
A
A
Sazlamalar

Sarayevoda yeni tramvay xətti inşa ediləcək

Sarayevo, 20 sentyabr, AZƏRTAC

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 12,9 kilometr uzunluğunda yeni tramvay xətti inşa olunacaq.
AZƏRTAC xəbər verir ki, yeni İlidza-Hrasnitsa xətti paytaxtdakı 22,9 kilometr uzunluğundakı mövcud Başçarşı-İlidza tramvay xəttinə birləşəcək. Yeni xətdə 20 dayanacaq və 2 dönüş nöqtəsi olacaq. Bununla da Sarayevo başdan-sona tramvay xətti ilə birləşəcək.
Qeyd edək ki, tramvay xəttinin tikintisi ilə bağlı tenderin qalibi türk şirkətləri olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Dünya 2022-09-20 19:10:00