×
A
A
A
Sazlamalar

Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi açılıb

Bakı, 20 sentyabr, AZƏRTAC
Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi start götürüb.
AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, iclasın əvvəlində BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşinin çıxışları olacaq. Bundan sonra nazirlərin və nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə ümumsiyasi debatlar keçiriləcək.
Bu günə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Fransa Prezidenti Emmanuel Makronun, Almaniya kansleri Olaf Şoltsun çıxışları planlaşdırılır.
TASS agentliyinin yaydığı xəbərə görə, İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün şəxsən BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına gəlib. O, jurnalistlərin yanından sualları cavablandırmadan ötüb keçib.

 

Dünya 2022-09-20 18:07:00