×
A
A
A
Sazlamalar

Kraliça II Elizabetin tabutu Bukingem Sarayına gətirilib

London, 14 sentyabr, AZƏRTAC
Kraliça II Elizabetin tabutu Bukingem Sarayına gətirilib.
AZƏRTAC xəbər verir ki, Kraliçanın qızı Şahzadə Annanın müşayiəti ilə cənazə Edinburqdan Londondakı Bukingem Sarayına gətirilib. Sarayda Kraliçanın tabutunu, Kral III Çarlz həyat yoldaşı Konsort Kraliça Kamilla, Şahzadələr Uilyam ilə Harri və onların həyat yoldaşları qarşılayıblar.
Sentyabrın 14-də Kraliçanın tabutu Bukingem sarayından Vestminster zalına aparılacaq. Daha sonra onun tabutu ictimaiyyətə açılacaq.
Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2022-09-14 07:17:00