×
A
A
A
Sazlamalar

Son illərdə Gürcüstan əhalisinin 23 faizi ölkədən gedib

Tbilisi, 14 sentyabr, AZƏRTAC

Son illər ərzində Gürcüstan əhalisinin emiqrasiyası və ölkəyə xaricdən pul köçürmələri xeyli artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Siyasət və Menecment üzrə Konsultativ Qrup (PMCG) məlumat yayıb. Bildirilir ki, 2010-cu ildən 2020-ci ilədək Gürcüstan əhalisinin 861 min nəfəri ölkədən gedib. Bu da ümumi əhalinin 23 faizini təşkil edib. Ölkəni tərk edənlərin 450 mini Rusiyaya gedib. Qalan gürcü emiqrantların 85 mini Yunanıstana, 65 mini Ukraynaya, 49 mini Azərbaycana və digər ölkələrə üz tutublar.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2022-09-14 02:12:00