×
A
A
A
Sazlamalar

ABŞ-ın Gürcüstandakı səfirliyində bomba həyəcanı yaşanıb

Tbilisi, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də axşam saatlarında ABŞ-ın Gürcüstandakı səfirliyinin binasında bomba həyəcanı yaşanıb.
AZƏRTAC xəbər verir ki, naməlum şəxs 112 Çağrı mərkəzinə zəng vuraraq səfirliyin ərazisində partlayıcı qurğu qoyulması barədə məlumat verib. Səfirliyin əməkdaşları və mülki işçilər binadan dərhal təxliyə olunublar.
Hazırda hadisə yerində Gürcüstan istehkamçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik və əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
ABŞ səfirliyi hüquq-mühafizə orqanları əməkdaşlarına məsələyə operativ müdaxilə etdiklərinə görə minnətdarlıq edib.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2022-09-13 20:17:00