×
A
A
A
Sazlamalar

Fransada koronavirusa yoluxanların sayında artım müşahidə edilir

Paris, 13 sentyabr, AZƏRTAC

Fransada son günlər koronavirusa yoluxanların sayında artım müşahidə edilir.
AZƏRTAC Fransa Səhiyyə İdarəsinin məlumatına istinadla xəbər verir ki, ölkədə koronavirusa yeni yoluxmaların orta hesabla gündəlik sayı 18 minə çatıb. Yoluxmaların sayında 33 faiz artım qeydə alınıb. Bildirilir ki, ölkə xəstəxanalarında 13 min 183, reanimasiya şöbələrində isə 725 ağır koronavirus xəstəsi var. Xəstələrin əksəriyyəti çox yoluxucu, ancaq az təhlükəli “Omikron BA5” ştamına yoluxub.
Ölkədə koronavirus qurbanlarının ümumi sayı 154 min 529-a çatıb ki, bunlardan 40-ı son sutkada qeydə alınıb. Əhalinin 79 faizi virusa qarşı peyvənd olunub.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2022-09-13 18:00:00