×
A
A
A
Sazlamalar

Milo Cukanoviç: Tezliklə Monteneqroda yeni hökumət qurula bilər

Podqoritsa, 13 sentyabr, AZƏRTAC

Monteneqro Prezidenti Milo Cukanoviç ölkədə yeni hökumətin tezliklə formalaşa biləcəyini deyib.
AZƏRTAC xəbər verir ki, M.Cukanoviç Monteneqronun demokratik prosedurlar, o cümlədən parlament seçkiləri vasitəsilə ölkəni Avropa yolunda aparmağa davam edəcək sabit siyasi hökuməti formalaşdırmağa yaxın olduğunu qeyd edib.
Monteneqronun son iki il ərzində demokratik inkişafın maraqlı mərhələsini keçdiyini xatırladan M.Cukanoviç bildirib: “Bu, qonşu ölkələr, region və Avropa İttifaqı baxımından problemli görünə bilər, lakin Monteneqro həmin vaxt da Avropa yolunu davam etdirmək üçün güclü əzm nümayiş etdirib və üzləşdiyi bütün çətinliklərə müqavimət göstərib”.
Xatırladaq ki, Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət avqustun 19-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində buraxılıb. Hökumətin buraxılmasına avqustun 3-də D.Abazoviçin Serb Pravoslav Kilsəsi Patriarxı Porfiriya ilə Monteneqroda Serb Kilsəsinə rəsmi statusun verilməsi ilə bağlı imzaladığı fundamental razılaşma səbəb olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

Dünya 2022-09-13 15:21:00