×
A
A
A
Sazlamalar

The Guardian: Avropa İttifaqı Rusiya qazının qiymətini məhdudlaşdırmayacaq

Bakı, 13 sentyabr, AZƏRTAC
Avropa İttifaqı Rusiya qazının qiymətinə məhdudiyyətin tətbiqi ilə bağlı qərar qəbul etməsə də, neft-qaz kompaniyalarının izafi mənfəətinə vergi tətbiqi variantını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Avropa Komissiyasının sənədinə istinadla məlumat yayıb.
Redaksiyanın əlinə düşən sənədin layihəsində Rusiyadan və ya digər ölkələrdən idxal ediləcək qazın qiymətlərinə yuxarı həddin tətbiqindən bəhs olunmur.
Bir müddət öncə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Rusiya qazı üçün qiymət tavanı müəyyən etmək barədə Avropa İttifaqının Enerji Şurasına təklif verəcəyini demişdi. “Politico” qəzetinin yazdığına görə, Avropa Komissiyası Rusiya qazının qiymətini min kubmetr üçün təxminən 520 avro ilə məhdudlaşdırmaq niyyətində idi.

 

Dünya 2022-09-13 15:03:00