×
A
A
A
Sazlamalar

Göygöldə “Dinlərarası münasibətlər və tolerantlıq” mövzusunda tədbir təşkil olunub

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl şəhər Gənclər evində “Dinlərarası münasibətlər və tolerantlıq” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, çıxışlarda Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və sülh şəraitində yaşadığı məkanlardan biri olduğu vurğulanıb. Həmçinin Vətən müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu da diqqətə çatdırılıb.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Həmrəyliyimiz, milli birliyimiz gücümüzdür” adlı sənədli film nümayiş olunub.

Din 2022-09-07 18:57:00