×
A
A
A
Sazlamalar

Qaxda dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmindən bəhs olunub

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon Heydər Əliyev Mərkəzində “Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmindən bəhs olunub. Həmçinin Azərbaycanda mövcud tolerantlıq mühiti barədə geniş məlumat verilib.
Sonda fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Din 2022-09-07 18:55:00