×
A
A
A
Sazlamalar

Şahmatçımız Ülviyyə Fətəliyeva rapid turnirində iştirak edəcək

Bakı, 5 sentyabr, AZƏRTAC

Bu gün Rusiyanın Vladivostok şəhərində Şərqi İqtisadi Forum çərçivəsində rapid üzrə beynəlxalq şahmat turnirinə start veriləcək.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycanla yanaşı Rusiya, Hindistan, Qazaxıstan, Belarus, Tacikistan, İran, Qırğızıstan və digər ölkələrin təmsilçiləri 11 turda mübarizə aparacaqlar.
Otuz iki şahmatçının iştirak etdiyi yarışda Azərbaycanı Avropa çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva təmsil edəcək.

İdman 2022-09-05 13:28:00