×
A
A
A
Sazlamalar

Bu günə qədər "YAŞAT" Fondu tərəfindən 174 qazimiz müalicə üçün Türkiyəyə göndərilib

Bakı, 19 avqust, AZƏRTAC

Bu günə qədər "YAŞAT" Fondu tərəfindən 174 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 

Sosial 2022-08-19 16:49:00