×
A
A
A
Sazlamalar

Sumqayıtda şəhid və qazi övladları üçün tematik yay düşərgələri davam edir

Sumqayıt, 19 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında növbəti tematik yay düşərgəsi təşkil edilib. Düşərgədə ümumilikdə 15 nəfər olmaqla, 10-16 yaşlı şəhid və qazi övladları iştirak edir.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi 44 günlük Vətən müharibəsinin gənclər arasında təbliği, uşaq-yeniyetmələrin bilik və bacarıqlarının inkişafına dəstək olmaq, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili və hərtərəfli inkişafını təmin etməkdir.
Düşərgə proqramı çərçivəsində "Şuşa, sən azadsan!" sənədli filmi göstərilib, Vətən müharibəsi qazisi Bəhruz Bağıri ilə gənclərin görüşü keçirilib, həmçinin üzgüçülük, basketbol, stolüstü tennis, boulinq idman növləri üzrə həvəskar yarışlar, ekskursiyalar, seminarlar, intellektual oyunlar təşkil olunub.

Regionlar 2022-08-19 13:54:00