×
A
A
A
Sazlamalar

Yasamalda qanunsuz fəaliyyət göstərən unlu-qənnadı məmulatlarının istehsalı müəssisəsi aşkarlanıb

Bakı, 19 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Yasamal rayonu, Şərifzadə küçəsi, 9 ünvanında fiziki şəxs Kərimova Təranə Həsən qızına məxsus unlu-qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı sanitar-gigiyena qaydalarına və normativ hüquqi sənədlərin tələblərinə əməl edilmədiyi, eyni zamanda müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb. Müəssisədə temperatur və rütubət rejiminin gözlənilmədiyi, mal qonşuluğu prinsipinin pozulduğu, xammal və hazır məhsul anbarları olmadığından un kisələrinin istehsal sahəsində saxlanıldığı, istehsal prosesində texnoloji ardıcıllığa əməl edilmədiyi, istifadə olunan işçi masaların və rəflərin gigiyenik materialdan hazırlanmadığı, sobaların və məhsulların yığıldığı dəmir qabların korroziyaya uğrayaraq pasla örtüldüyü, sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi, istifadə olunan xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı, müntəzəm olaraq təmizlik işlərinin aparılmadığı və səlahiyyətli qurumla müqavilənin bağlanılmadığı müəyyənləşib.
Aşkar olunmuş nöqsanlarla bağlı müəssisədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Sosial 2022-08-19 12:17:00