×
A
A
A
Sazlamalar

Aleksandr Vuçiç: Ümid edirəm ki, kompromisə nail olacağıq

Belqrad, 19 avqust, AZƏRTAC

Ümid edirəm ki, möcüzə baş verəcək və biz kompromisə nail olacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç avqustun 18-də Brüsseldə Kosovonun Baş naziri Albin Kurti ilə keçirdiyi görüşdən sonra deyib.
Aleksandr Vuçiç Brüsseldə çətin gün keçirdiyini, lakin sülh və sabitlik üçün mübarizəni davam etdirəcəyini bildirib.
“Çətin bir günü geridə qoyduq. Xalqımız və ölkəmiz üçün çox çətin bir gün oldu. Başqa bir şərh vermək istəmirəm, amma ümid edirəm ki, möcüzə baş verəcək və biz kompromisə nail olacağıq”, - deyə Serbiya Prezidenti qeyd edib.
Xatırladaq ki, ötən gün Brüsseldə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin təşəbbüsü ilə Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında görüş keçirilib. Altı saatdan çox davam edən görüşdə tərəflər arasında problemlərin həllinə dair heç bir irəliləyiş əldə edilməyib. Danışıqların yaxın günlərdə davam etdirilməsi qərara alınıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2022-08-19 11:52:00