×
A
A
A
Sazlamalar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 346 minə yaxın e-arayış verilib

Bakı, 19 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 346 minə yaxın elektron arayış verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30-dək elektron arayış növü istifadəyə verilib.
Nazirliyin e-xidmətləri vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təminedilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etməyə imkan yaradır.
Hazırda nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 7 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 120 milyon 654 min olub.

Sosial 2022-08-19 10:58:00